BAKI, 31 may. TELEQRAF

“Qətər Hörmüz boğazından keçid üçün daimi rüsumların tətbiq edilməsinin əleyhinədir, lakin təhlükəsizliyin təmin olunması məqsədilə müvəqqəti haqların tutulmasını müzakirə etməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin Baş nazirinin müavini, müdafiə işləri uzrə dövlət naziri şeyx Səud bin Əbdül Rəhman Əl Tani beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, daimi rüsumlar birbaşa istehlakçıya təsir edəcəyi üçün Körfəz tərəfdaşları ilə birlikdə bunun əleyhinədirlər. Lakin o, müəyyən istisnaların mümkünlüyünü qeyd edib:

"Əgər İran hakimiyyəti bu vəsaitləri ərazinin minalardan təmizlənməsi və ya müvəqqəti ehtiyaclar üçün istifadə edəcəyini bildirirsə, bu, danışıqlar mövzusu ola bilər".

Şeyx Səud xəbərdarlıq edib ki, bu addım daimi qanuni yığıma çevrilməməlidir, əks halda digər ölkələr də bu nümunədən istifadə edər və dəniz gəmiçiliyində xaos yaranar.