BAKI, 22 may. TELEQRAF
“İran ordusu əvvəlkindən daha hazırlıqlıdır, döyüşə hazırdır, düşmənlər axmaq bir şey etsələr, bu dəfə ağıllarına belə gəlməmiş yeni raketlərlə qarşılaşacaqlar”.
Teleqraf xəbər verir ki, bunu Tehranın imam-cüməsi Məhəmməd Cavad Hacı Əli Əkbəri deyib.
Ayətullah İranın bu dəfə ABŞ və İsrailin “nəfəsini kəsəcəyini” iddia edib.
Əli Əkbəri məsciddə xütbəsində münaqişənin şiddətlənəcəyi təqdirdə müharibənin regiondan kənara yayılacağını, Hörmüz boğazı ilə yanaşı, Bab əl-Məndəb boğazının da bağlanacağı ilə hədələyib.
“İranın infrastrukturu hədəfə alınarsa, düşmənin bölgədəki bütün tərəfdarlarının infrastrukturu məhv ediləcək”, - o vurğulayıb.
Əli Əkbəri İranın keçmiş ali rəhbəri Əli Xamenei və ölkənin digər rəhbər şəxslərinin qisasının alınacağını da iddia edib: “Qisas məsələsi gündəmdədir, İran təzminatını da alacaq. Ali rəhbər Müctəba Xamenei tələblərində qətiyyətlidir”.
Tehranın imam-cüməsi ABŞ Prezidenti Donald Trampın öldürüləcəyini və cəhənnəmə gedəcəyini bildirib.