BAKI, 19 may. TELEQRAF
İranın Pakistan vasitəsilə ABŞ-yə təqdim etdiyi son təklifdə Tehranın bir sıra tələbləri yer alıb.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.
Təkliflərə İranın uranın zənginləşdirilməsi hüququnun tanınması, Livan da daxil bütün cəbhələrdə müharibənin dayandırılması, ABŞ-nin dəniz blokadasının aradan qaldırılması, dondurulmuş aktivlərin sərbəst buraxılması, müharibə zərərlərinin ödənilməsi, bütün sanksiyaların ləğvi və Amerika qüvvələrinin İran ətrafından çıxarılması daxildir.
Kazım Qəribabadi bu təkliflərin müzakirə prosesi və ya ABŞ-nin reaksiyası barədə əlavə təfərrüat verməyib.