BAKI, 13 may. TELEQRAF
“Hörmüz boğazına nəzarət ölkəmizə neftdən iki dəfə çox iqtisadi gəlirlər gətirəcək, xarici siyasətdə mövqelərimizi gücləndirəcək”.
Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Əkrəminiya deyib.
“İndi bu su yolunun qərbi SEPAH Hərbi Dəniz Qüvvələrinin, şərqi isə Quru Qoşunlarının Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır”, - o bildirib.
Əkrəminiya iddia edib ki, ABŞ-nin Yaxın Şərq ölkələrində yerləşən hərbi bazalarındakı silahları məhv edilib: “Digər tərəfdən isə artıq Hörmüz boğazı vasitəsilə ABŞ silahlarının daşınmasına icazə verməyəcəyik”.