BAKI, 13 mart. TELEQRAF

Ankara Tehrana Türkiyəyə raket atışlarına görə məsul şəxslərin müəyyən edilməsi lazım olduğu barədə siqnal göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik mənbələri TRT-yə bildiriblər.

“Türkiyə müharibənin tərəfi deyil və münaqişəyə cəlb olunmamaq üçün ehtiyatlı davranır. Türkiyə bölgədə yeni gərginliyin yaranmasının qarşısını almaq üçün məsuliyyətlə hərəkət edir və bu mövqeyi bütün tərəflərə çatdırır. İran tərəfinə hücuma görə məsul şəxslərin dərhal müəyyən edilməsi və lazımi tədbirlərin görülməsi lazım olduğu barədə aydın mesaj verilib”, - mənbə qeyd edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İranda hərbi əməliyyatı başlayandan bəri Türkiyə üç dəfə qonu ölkə tərəfindən ballistik raket hücumuna məruz qalıb. Son belə hücum martın 13-də baş verib. Hər üç raket NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.