BAKI, 9 mart. TELEQRAF

Gürcüstan müxalifəti hökuməti İranın xeyrinə işləməkdə ittiham edir.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze bildirib.

“Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günlərində yaranan ajiotajı xatırlayırıq. Gürcüstanı Rusiyaya yardım göstərməkdə, az qala Rusiyaya silah tədarük etməkdə və Ukraynadakı müharibədə Rusiyanın tərəfində döyüşməkdə ittiham etdikləri barədə açıqlamalar yadımızdadır. İndi əsas mövzu İrandır, bu dəfə Gürcüstan hökumətini İranın xeyrinə işləməkdə və ona faydalı fəaliyyət göstərməkdə ittiham edirlər. Sabah Venesuela ola bilər, deyəcəklər ki, Gürcüstan hökuməti Venesuela hökumətinə yardım göstərir”, - o bildirib.

Samxaradze əlavə edib ki, Gürcüstan müxalifəti gündəmə gəlmək və reytinqini yüksəltmək üçün zaman-zaman kimi üsullara əl atır.