BAKI, 4 mart. TELEQRAF

İran Ekspertlər Şurası ölkənin yeni ali rəhbərinin seçilməsi prosesinə başlayıb və qurum yekun qərarı açıqlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Şura üzvü Mahmud Rəcəbi məlumat verib.

“Ali rəhbərin seçilməsi prosesi başlayıb, yekun qərar Ekspertlər Şurasının katibliyi vasitəsilə elan ediləcək”, - o bildirib .

Ekspertlər Şurası İranın ali rəhbərinin seçilməsi üçün məsul olan məsləhətçi orqandır. O, səkkiz illik müddətə seçilən 88 ilahiyyatçı və hüquqşünasdan ibarətdir. İran Konstitusiyasının 111-ci maddəsində deyilir ki, ali rəhbərin ölümü, istefası və ya vəzifədən kənarlaşdırılması halında ekspertlər mümkün qədər tez yeni rəhbər təyin etmək və namizəd göstərmək məcburiyyətindədirlər.