BAKI, 13 oktyabr. TELEQRAF

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə səfirliyin "X" platformasında məlumat verilib.

Bildirilib ki, görüşdə iki qardaş ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.