BAKI, 28 fevral. TELEQRAF

“İran xalqının bütün təbəqələrinin - farslar, kürdlər, azərbaycanlılar, bəluclar və əhvazilərin zülm boyunduruğunu atıb azad və sülhsevər İran qurmalarının vaxtı gəlib çatıb”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu İrana hücum əməliyyatları barədə deyib.

O bildirib ki, əməliyyat İranın yaratdığı varlıq təhlükəsini aradan qaldırmaq və iranlıların taleyini dəyişdirməsi üçün şərait yaratmaq məqsədilə başlayıb:

Ayətullah rejimi 47 ildir “İsrailə ölüm” və “Amerikaya ölüm” qışqırır. O, qanımızı töküb, bir çox amerikalıları və öz xalqını qətlə yetirib. Bu qatil terror rejiminin bütün bəşəriyyəti təhdid edə biləcək nüvə silahları ilə silahlanmasına icazə verilməməlidir. ABŞ ilə birgə hərəkətimiz cəsur İran xalqının öz taleyini öz əlinə alması üçün şərait yaradacaq”.

İran xalqının bütün təbəqələrinin - farslar, kürdlər, azərbaycanlılar, bəluclar və əhvazilərin zülm boyunduruğunu atıb azad və sülhsevər İran qurmasının vaxtı gəlib çatıb”.