BAKI, 28 fevral. TELEQRAF
İran İsrailə qarşı yeni raket zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***
16:41
İran ordusu İsrailə qarşı ilk genişmiqyaslı hücum əməliyyatını həyata keçirdiyini və onlarla PUA buraxıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu yaxınlaşan “raket yağışı” barədə xəbərdarlıq edən və sakinlərə sığınacağa getmək tövsiyəsi verən bəyanat yayıb.
İsrail KİV-in yazdığına görə, İrandan hücumla əlaqədar Şaron, Yerusəlim və ölkənin mərkəzi yaşayış məntəqələrində həyəcan siqnalları verilib.
***
15:12
İsrail İrandan ən azı 125 raket atışı qeydə alıb.
Teleqraf xəbər verir ki, bu barədə “Walla” məlumat yayıb.
Bildirilib ki, buraxılan raketlərdən cəmi 35-i İsrail ərazisinə çatıb.
***
14:53
İranın hava zərbələrindən sonra İsrailin Təl-Əviv şəhərində partlayış səsləri eşidilib.
***
12:52
İran Hərbi Hava Qüvvələrinin raket və PUA zərbələrindən sonra İsrailin bir neçə şəhərində partlayışlar baş verib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail mənbələri məlumat yayıb.
***
12:49
İsrailə qarşı raket və pilotsuz təyyarə hücumlarının ilk dalğası İrana edilən hücumlara cavab olaraq həyata keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
***
12:40
İrandan İsrailə yeni raket hücumu olub.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
***
12:32
İsrailin mərkəzinə doğru atılan İran raketləri məhv edilib.
Ölkənin mərkəzi yaşayış məntəqələrinin demək olar ki, hamısında təhlükə xəbərdarlığı edilib.
Yerusəlim şəhərində (Qüds) də həyəcan siqnalı verilib.
***
12:28
İran İsrailə qarşı hücum əməliyyatlarını “Xeybərin Fəthi” adlandırıb.
***
12:26
İsrail Dövləti növbəti dəfə hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri bildirib.
***
12:20
İran KİV İsrailə onlarla ballistik raketlərin atıldığını yazıb.
***
12:16
İran Hərbi Hava Qüvvələrinin İsrailə raket atışlarından sonra ölkənin şimalında partlayış səsləri eşidilib.
***
12:11
İran İsrailə raket zərbələrinə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Açıqlamada bildirilib ki, İrandan İsrailə doğru atılan raketlər aşkar edilib.
Hücum elanından sonra İsrailin bəzi bölgələrində hava hücumu xəbərdarlığı verilib, sirenlər səsləndirilib.