BAKI, 26 fevral. TELEQRAF
Türkiyə Müdafiə Nazirliyi ABŞ-nin Suriyadakı hərbi qüvvələrini çıxarması ilə bağlı yayılan məlumatları şərh edib.
Teleqraf xəbər verir ki, bu barədə brifinqdə nazirliyin sözçüsü Zəki Aktürk bildirib.
“Suriyanın İŞİD-lə Mübarizə Koalisiyasına 90-cı üzv kimi qoşulması və Dəməşqin ölkə üzərində səlahiyyətini gücləndirməsinin ABŞ-nin Suriyada mövcud hərbi varlığını yenidən nəzərdən keçirməsində təsirli olduğuna dair qiymətləndirmələr var. ABŞ-nin Suriya və İraqdakı fəaliyyətləri, bölgədə baş verən bütün hadisələr kimi, dövlətimizin aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə yaxından izlənilir”, - Zəki Aktürk vurğulayıb.