BAKI, 23 fevral. TELEQRAF
“Düşmən hesab edir ki, zəif mövqedəyik, o isə güclü, amma yanılır. Düşünmürdülər ki, gəmilər və digər silahların göndərilməsinə baxmayaraq, bu dərəcədə möhkəm iradə ilə qarşılaşacaqlar”.
Teleqraf xəbər verir ki, bunu İran ordusunun baş komandanı Əmir Xatəmi deyib.
“Düşmən tədricən İrani zəiflətməyə, xalqı isə yorub tükəndirməyə çalışır. Amma bilməli və dərk etməlidir ki, İran xalqı tam motivasiya ilə dayanacaq və bu məkrli planın həyata keçirilməsinə imkan verməyəcək”, - o bildirib.