BAKI, 18 fevral. TELEQRAF
ABŞ İrana mümkün hücum üçün hazırlıq mərhələsinin son addımlarını atır.
Teleqraf xəbər verir ki, bu barədə “The War Zone” ABŞ-nin İran ətrafında irimiqyaslı hərbi qüvvə yerləşdirməsi barədə bildirib.
Mənbə qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi zərbə variantını nəzərdən keçirərkən, hərbi qüvvə və texnikanın bölgəyə axını davam edir.
Son məlumata görə, F-22 “Raptor” və F-16 “Fighting Falcon” qırıcıları, E-3 “Sentry” erkən xəbərdarlıq təyyarələri və U-2 “Dragon Lady” kəşfiyyat təyyarəsi bu məqsədlə yaxın zamanda Avropaya daxil olub.