BAKI, 3 oktyabr. TELEQRAF

Türkiyə və Fransa ikitərəfli müdafiə və hərbi əlaqələri gücləndirmək məqsədilə “Müdafiə Əməkdaşlığına dair Yol Xəritəsi” imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər arasında Ankarada keçirilən görüşdə strateji dialoqun inkişaf etdirilməsi və konkret əməkdaşlıq addımlarının atılması barədə razılaşma əldə olunub.

İkitərəfli müdafiə və hərbi əlaqələrin mövcud vəziyyəti və strateji dialoq prosesləri müzakirə edilib.

“Müdafiə Əməkdaşlığına dair Yol Xəritəsi” ilə Fransa-Türkiyə müdafiə əməkdaşlığını daha yüksək səviyyəyə qaldırılması və strateji dialoqu institutsional çərçivəyə salınması hədəflənir. Həmçinin strateji əməkdaşlığın dərinləşdirilməsi və regional təhlükəsizlik məsələləri üzrə daha yaxın dialoq mexanizminin işə salınması məqsədi güdülür.