BAKI, 3 oktyabr. TELEQRAF
2026-cı ilin yanvar ayında İranda keçirilən etirazlar zamanı həbs edilən fəal Siyavuş Cəmşidinin ölüm hökmü bu gün səhər saatlarında icra olunub.
Teleqraf xəbər verir ki, bu barədə “Mizan” informasiya agentliyi məlumat yayıb.
Cəmşidi “təhlükəsizlik qüvvələrinə qarşı müharibə aparmaq” və “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları ilə ölüm cəzasına məhkum edilib.
“Mizan” Siyavuş Cəmşidinin Şəhrəkord şəhərində polisə odlu silahdan atəş açdığını yazıb.
Ölüm hökmünün icra edildiyi elan olunana qədər rejim əleyhdarının işi üzrə məhkəmə araşdırmasının necə aparıldığı barədə heç bir məlumat dərc edilməyib.