BAKI, 16 fevral. TELEQRAF
“Ayətullah (Əli Xamenei) və İran rejimi yalnız güc dilini anlayır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin respublikaçı senatoru Con Hoven İrana yaxın bölgələrdə Amerika hərbi qüvvələrinin yerləşdirilməsi barədə “Fox News” deyib.
“ABŞ qüvvələri regionda ona görə yerləşdirilib ki, ayətullah və rejim dəyişikliklərin mütləq baş verməli olduğunu anlasın”, - o bildirib.
Senator İranda etirazlar zamanı 30 min nəfərin qətlə yetirildiyini vurğulayaraq qeyd edib ki, dünyada ayətullah rejimi qədər repressiv rejim yoxdur:
“Bu rejim təkcə öz vətəndaşlarını qətlə yetirməklə kifayətlənmir, həm də HƏMAS, “Hizbullah”, husilər və digər qruplara dəstək verməklə dünyada terrorizmin ən böyük ixracatçısıdır. Yüz minlərlə, bəlkə də milyonlarla iranlı dünyanın müxtəlif yerlərində bu repressiv rejimin devrilməsi üçün yardım çağırışı edirlər”.
Hoven İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvinin mümkün roluna da toxunub: “Görünən budur ki, onun rolu daha çox hakimiyyətin ötürülməsi və sonda İran xalqının seçəcəyi hökumətin qurulması prosesində ola bilər”.