BAKI, 13 fevral. TELEQRAF
“ABŞ hərbi qüvvələrinin genişmiqyaslı formada Yaxın Şərqdə yerləşdirilməsi səbəbsiz deyil və İrana yenidən toparlanmaq imkanı verilməməlidir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli “Fox News”a deyib.
Diplomat Donald Tramp administrasiyasını ABŞ-nin keçmiş prezidenti Barak Obamanın Tehranla danışıqlarda yol verdiyi səhvləri təkrarlamamağa çağırıb.
“Obama 2” variantı və sanksiyaların ləğvini nəzərdə tutan yeni mümkün razılaşma səhv addımdır. Məsələ qətiyyətlə həll edilməli, İranın nüvə potensialı zəiflədilməli və problem kökündən həll edilməlidir”, - Heyli vurğulayıb.