BAKI, 9 fevral. TELEQRAF

Respublikaçı senator Keti Britt İrana qarşı maksimum təzyiq siyasətinin davam etdirilməsini alqışlayaraq, ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Teleqraf xəbər verir ki, bu barədə o, X-də yazıb.

Britt İranın ticarət tərəfdaşlarına əlavə rüsumların tətbiqi ilə bağlı göstəriş verilməsi barədə qeyd edib:

“Ayətullahın (Əli Xamenei) əlləri çoxsaylı amerikalıların qanına batıb, bu rejimlə ticarət edən hər bir şəxs və ya ölkə öz qərarına yenidən baxmalıdır”.

Senator vurğulayıb ki, ABŞ hökumətinin yeni addımları ilə İranın ticarət tərəfdaşları iqtisadi münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur qalacaqlar.