BAKI, 2 fevral. TELEQRAF
İranın mərhum ali rəhbəri Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni ölkədə baş verən ümumxalq etirazlarını “çevriliş cəhdi” adlandırıb.
Teleqraf xəbər verir ki, o, mövcud rejimin hakimiyyətdə olduğu müddətdə belə halların yaşanacağını deyib.
“Yaşadığımız müddətcə bunlar olacaq, amma biz patologiyanın mənbələrini təhlil etməliyik. Düşmənin ən böyük təbliğatlarından biri İran İslam Respublikasındakı korrupsiyanın reallıqdan daha böyük göstərilməsidir. Hər yerin korrupsiyaya məruz qaldığı, hər yerdə korrupsiyanın olduğu fikrinin təlqin edilməsi təbliğati fenomendir və təsir də göstərir. Məhkəmə sistemi bu kimi hallarla mübarizə aparmalıdır”, - Xomeyni bildirib.