BAKI, 20 yanvar. TELEQRAF
“İrandakı silahlı iğtişaşlarda iştirak edənlərin çoxu əcnəbi idi”.
Teleqraf xəbər verir ki, bunu İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general-mayor Əlirza Elhami deyib.
“Baş verənlər küçə iğtişaşları deyildi, bu, 12 günlük müharibənin (İsrail və ABŞ ilə - red.) davamı idi. İğtişaşlarda iştirak edənlərin çoxu iranlı deyildi”, - o vurğulayıb.