BAKI, 20 yanvar. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi müdaxilə planı hazırlayır”.

Teleqraf xəbər verir ki, bunu amerikalı analitik Riçard Qoldberq “Fox News”a deyib.

Ekspert bu seçimləri izah edərkən “hakimiyyətin başının kəsilməsi” məqsədi daşıyan hərbi zərbədən tutmuş, İranın hakim komandası, idarəetmə və rabitə sistemləri, neft axını və raket proqramının hədəfə alınmasına qədər müxtəlif variantlara işarə edib.

Donald Trampın prezidentliyinin birinci dövründə ABŞ Milli Təhlükəsizlik Şurasında İran üzrə cavabdeh olmuş Qoldberq qeyd edib ki, İranda gizli şəkildə kütləvi edamlar həyata keçirilir və ABŞ Prezidenti çəkdiyi qırmızı xəttin keçildiyini bilir.

“Donald Tramp həmçinin bilir ki, Tehran rejiminin əlləri onilliklərdir Beyrutdan İraqa qədər amerikalıların qanına batıb, hətta onun özünə qarşı sui-qəsd planları da mövcuddur”.

Qoldberq əlavə edib ki, Tramp İran xalqına verdiyi vədə sadiq qalsa, ölkədə milyonlarla insan yenidən küçələrə çıxmağa hazırdır.