BAKI, 13 yanvar. TELEQRAF
İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı (şahbanu) Fərəh Pəhləvi ölkədə davam edən kütləvi etirazlar fonunda Silahlı Qüvvələrə müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında bildirib.
“İran tarixinin bu kritik məqamında yenidən sözüm İran Silahlı Qüvvələrinədir. Unutmayın ki, heç bir hökumətin mövcudluğu və heç bir marağın qorunması həmvətənlərinizin qanının tökülməsinə haqq qazandıra bilməz. Bu günlərin hekayəsi İran tarixinin səhifələrində əbədi və güllələrini həmvətən qardaş-bacıların sinəsinə tuşlayanlar üçün də utanc yeri kimi qalacaq”, - o bildirib.