BAKI, 12 yanvar. TELEQRAF

“ABŞ-nin İranda baş verən etirazlar fonunda ölkəyə hərbi müdaxiləsi əks nəticə verə”.

Teleqraf xəbər verir ki, bunu ABŞ senatoru Rend Pol deyib.

“Kiminsə “gəlin İranı bombardman edək” deməsi ilə bağlı gördüyüm əsas problem ondan ibarətdir ki, əks effekt yarada bilər. Bir ölkəni bombardman etdikdə, adətən onun əhalisi öz bayrağı ətrafında birləşir”, - o bildirib.

Senator bütün hallarda İranda azadlıq hərəkatının salamat qalacağına ümid etdiyini söyləyib. Amma ABŞ Konqresinin üzvünün fikrincə, Vaşinqton İrandakı etirazçılara dəstək verməlidir, amma bombardmanlar problemin həlli deyil.

Pol həmçinin xatırladıb ki, ABŞ Konstitusiyası prezidentlərə istədikləri zaman ölkələri bombardman etməyə icazə vermir.