BAKI, 13 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq səfəri çərçivəsində gəldiyi Yerusəlimdə (Qüds) İsrail parlamentinə – Knessetə müraciət edib.
Teleqraf xəbər verir ki, Tramp çıxışa başlayarkən ayaqüstə alqışlansa da, bir müddət sonra etiraz aksiyası ilə qarşılanıb.
Etiraz başlayanda ABŞ lideri çıxışını qısa müddətlik dayandırıb.
Donald Trampın Knessetdə çıxışı zamanı deputatlar Ayman Ode və Ofer Kassif “Soyqırımını dayandırın” və “Fələstini tanı” yazılı plakatlar qaldıraraq etiraz ediblər.
Etirazdan sonra hər iki deputat zaldan çıxarılıb.
Tramp aksiyadan sonra bildirib: “Çox təsirli idi”.
Ayman Ode fələstinəsilli İsrail parlament üzvüdür.
ABŞ prezidenti Trampı etiraz etdiyi üçün İsrail parlamentindən (Knesset) çıxarılan Ayman Ode deyib: “Mən dünya ictimaiyyətinin üzərində razılığa gəldiyi bir tələbi səsləndirdiyim üçün parlamentdən çıxarıldım. Fələstin dövlətini tanıyın”.