BAKI, 13 oktyabr. TELEQRAF
“Rusiya beynəlxalq hüquq normalarına uyğun olaraq İranı lazımi hərbi-texniki avadanlıqla (silahlarla – red.) təmin edir”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ərəb ölkələrindən olan jurnalistlərlə görüşündə bildirib.
“İranla hərbi-texniki əməkdaşlığımıza gəlincə, BMT Təhlükəsizlik Şurasının sanksiyaları götürüldükdən sonra heç bir məhdudiyyətimiz yoxdur. Beynəlxalq hüquq normalarına tam uyğun olaraq, İran İslam Respublikasının ehtiyac duyduğu avadanlıqları tədarük edirik. Və bütün bunlar, bir daha söyləyirəm, beynəlxalq hüquq çərçivəsində həyata keçirilir”, - nazir deyib.
Həmçinin Sergey Lavrov qeyd edib ki, Rusiya İranın nüvə sazişini dəstəkləmək mövqeyindən heç vaxt dönməyib.