BAKI, 13 oktyabr. TELEQRAF
“Suriya tərəfi Rusiya hərbi bazalarını ölkədə saxlamaqda maraqlıdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ərəb ölkələrindən olan jurnalistlərlə görüşündə deyib.
Nazir qeyd edib ki, yeni şəraitdə (Suriyada hakimiyyət dəyişikliyindən sonra) onlar yeni missiyalar üçün təyin oluna bilər.
“Suriya tərəfi oradakı hərbi bazalarımızı saxlamaqda maraqlıdır. Prezidentimizin (Vladimir Putinin) dəfələrlə bəyan etdiyi kimi, biz Suriya Ərəb Respublikasının maraqlarına əsaslanırıq. Bəllidir ki, yeni şəraitdə bu bazalar təkcə hərbi forpost kimi deyil, fərqli rol oynaya bilər”, - Sergey Lavrov vurğulayıb.