BAKI, 25 sentyabr. TELEQRAF

Suriya Prezidenti Əhməd Şaraa ABŞ Prezidenti Donald Trampla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində, ABŞ prezidentinin verdiyi ziyafət çərçivəsində baş tutub.

Tədbirdə ABŞ-nin birinci xanımı Melaniya Tramp da iştirak edib.