BAKI, 15 sentyabr. TELEQRAF

“ABŞ hesab edir ki, İran öz nüvə proqramının inkişafını tamamilə dayandırmalı və uranın zənginləşdirilməsi üzrə bütün obyektləri sıradan çıxarmalıdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt deyib.

“İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) qarşı şəffaf olmaması və nüvə eskalasiyası qəbuledilməzdir. İranın nüvə proqramı, o cümlədən uranın zənginləşdirilməsi üzrə bütün obyektlər tamamilə ləğv edilməlidir.

İran öz öhdəliklərinə uyğun olaraq AEBA ilə tam əməkdaşlıq etməli və müfəttişlərə narahatlıq doğuran bütün obyektlərə giriş imkanı verməlidir”, - nazir qeyd edib.