BAKI, 8 sentyabr. TELEQRAF

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının Silahlı Qüvvələri İsrailə zərbələr endiriblər.

Teleqraf xəbər verir ki, bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Sarianın bəyanatında deyilir.

Hücum nəticəsində Tel-Əvivdəki Ben-Qurion və Eylatın yaxınlığındakı Ramon hava limanlarına pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyi bildirilir.