BAKI, 21 iyun. TELEQRAF

“İsrailin İrana qarşı həyata keçirdiyi hücumları pisləyirik”.

Teleqraf xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən sammitindəki çıxışında Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

Nazir qeyd edib ki, İsrail İrana hücum etməklə Yaxın Şərqi regional fəlakətin astanasına sürükləyir.

“Bu qanunsuz hücumlara son qoyulmalıdır. Türkiyə olaraq üzərimizə düşəni etməyə hazırıq. Prezidentimizin rəhbərliyi ilə gərginliyin azaldılması üçün lazımi addımlar atırıq”, - Hakan Fidan bildirib.