BAKI, 20 iyun. TELEQRAF
“İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib və gələcəkdə də buna cəhd etməyəcək”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.
“İran rəsmiləri Ağ Evlə heç bir əlaqə saxlamayıb və heç bir mesaj göndərməyiblər”, - diplomat bildirib.
Onun sözlərinə görə, ABŞ İsrailin İrana zərbələrinin ilk saatlarından regional liderlər və avropalı vasitəçilər vasitəsilə mesajlar göndərir:
“Hücuma biz keçməmişik, biz hücuma məruz qalmışıq və aqressiyaya cavab verərək legitim müdafiəni həyata keçiririk”.
Xətibzadə qeyd edib ki, İrana qarşı təcavüz dayanarsa, diplomatiyaya qayıtmaq mümkün olacaq: “Biz yalnız hərbi bazalara, kəşfiyyat obyektlərinə və təcavüzün həyata keçirildiyi mərkəzlərə zərbələr endirmişik”.
Nazir müavini əmin edib ki, İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib və gələcəkdə də buna cəhd etməyəcək.