BAKI, 19 iyun. TELEQRAF
İsrail İrana hücuma başlamazdan iki gün əvvəl Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan Osloda görüşdə iranlı həmkarı Abbas Əraqçini bu barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
“İrana hücum başlamazdan iki gün əvvəl Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan Osloda görüşdə iranlı həmkarı Abbas Əraqçini İsrailin hücuma hazırlaşması barədə xəbərdar edib. Səudiyyə Ərəbistanı müdafiə naziri Xalid bin Salman da apreldə Tehranda İrana bu mesajı çatdırıb. Səudiyyə Ərəbistanı bu ssenarinin qarşısını almaq üçün İranı ABŞ ilə əməkdaşlıq etməyə çağırıb”, - məlumatda deyilir.