BAKI, 19 iyun. TELEQRAF

“Rusiya İsrailin İranın nüvə obyektlərinə hücumlarını tamamilə qəbuledilməz hesab edir, çünki bu hücumlar dünyanı nüvə fəlakətinə sürükləyir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“İsrail tərəfinin İran İslam Respublikasındakı dinc nüvə obyektlərinə hücumlarını qətiyyən qəbuledilməz hesab edirik. Bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən qeyri-qanunidir, beynəlxalq təhlükəsizliyə qəbuledilməz təhdidlər yaradır və dünyanı nüvə fəlakətinə sürükləyir ki, bunun nəticələri, Tanrı qorusun, hər yerdə, o cümlədən İsrailin özündə də hiss olunacaq”, - diplomat bildirib.