BAKI, 14 iyun. TELEQRAF

İsrail Baş naziri Avner Netanyahunun oğlunun toyu İranla davam edən hərbi qarşıdurma səbəbindən təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

“Müharibə səbəbi ilə Avner Netanyahunun toyu təxirə salınıb. Qonaqlar və təşkilatçılar toyun təxirə salınması ilə bağlı rəsmi bildiriş alıblar”, - məlumatda deyilir.