BAKI, 22 iyun. TELEQRAF

Quba rayonunun ərazisində, Qusar rayonunun inzibati sərhədinə yaxın zonada aktiv sürüşmə prosesi baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Qurumun məlumatına əsasən, sürüşmə prosesi iyunun 20-də yerli vaxtla saat 09:46:34-də başlayıb. Bildirilib ki, aktiv fazada olan sürüşmə prosesi hazırda da davam etməkdədir.

Sürüşmənin baş verdiyi ərazidə hər hansı bir yaşayış məntəqəsinin olmadığı diqqətə çatdırılıb.

Hazırda Quba-Qusar sərhədində qeydə alınan sürüşmə prosesi RSXM-nin Zəlzələlərin Tədqiqatı Bürosu tərəfindən mütəmadi olaraq monitorinq edilir.