BAKI, 22 iyun. TELEQRAF
Özbəkistanda diplomatik missiyası başa çatan Azərbaycan səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, onun sabah 80 yaşı tamam olur.