BAKI, 19 iyun. TELEQRAF

“İsrail “Hizbullah” hərəkatının Livandakı qüvvələrinə qarşı istənilən hücumuna cavab verəcək”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

Hökumət başçısı İsrail qoşunlarının Livanın cənubundan geri çəkilmək niyyətində olmadığını vurğulayıb.

“Mənim əmrim aydındır: İsrail sgərlərimizə və ya ərazimizə edilən hücumlara dözməyəcək və “Hizbullah”ı bu hücumlara görə çox ağır bədəl ödəməyə məcbur edəcəyik. İsrail Müdafiə Qüvvələri qüvvələrimizə və ərazimizə istənilən təhdidin qarşısını almaq üçün tədbirlər görəcək”, - Netanyahu bildirib.

Baş nazir əlavə edib ki, İsrail şimal yaşayış məntəqələrini qorumaq üçün lazım olduğu müddətcə Livanın cənbunundakı təhlükəsizlik zonasında qalacaq.