BAKI, 14 iyun. TELEQRAF

İranın Xuzistan ostanının Abadan şəhəri İsrail Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Liman şəhərindəki bir sıra hədəflərə hava zərbələrinin endirildiyi bildirilib.

KİV qeyd edir ki, Abadan şəhəri İranın neft sənayesinin mərkəzi hesab olunur.

İran xəbər agentlikləri Kirmanşah əyalətindəki hərbi bazada partlayışın baş verdiyini də bildiriblər.