BAKI, 11 iyun. TELEQRAF

“İsrail İranın öz mövcudluğunu təhlükə altına salacaq nüvə silahına sahib olmasına imkan verməyəcək”.

Teleqraf xəbər verir ki, bunu İsrail Knessetinin (parlament) keçmiş üzvü Qadir Kamal Marix deyib.

“İran bölgədəki proksi qüvvələri vasitəsilə İsrailə qarşı müharibə aparır. Husilərin (Yəmən) gündəlik hücumları və “Hizbullah”a (Livan) açıq dəstək Tehranın İsraili daim təhdidlə mühasirəyə almağa çalışdığını təsdiqləyir”, - siyasətçi bildirib.

Q.K.Marix İsrail hökumətinin İrana qarşı qabaqlayıcı zərbələr də daxil olmaqla, bir çox ssenariləri nəzərdən keçirdiyini təsdiqləyib.

“İsrailin milli təhlükəsizliyinə gəlincə, həmişə ABŞ-nin yaşıl işığına ehtiyac yoxdur”, - keçmiş deputat əlavə edib.

Siyasətçi vurğulayıb ki, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra Yaxın Şərqdə oyun qaydaları dəyişib: “İsrail artan təhlükə qarşısında sakit qala bilməz”.