BAKI, 10 iyun. TELEQRAF

İsrail Hərbi Dəniz Qüvvələrinin raket gəmiləri Yəmənin Hudeydə liman şəhərində husilərə məxsus obyektləri atəşə tutub.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Rəsmi məlumata görə, hücumlar husilərin bölgədəki hərbi infrastrukturuna qarşı yönəlib və təhlükə törədən obyektlərin vurulması məqsədi daşıyıb.

Hadisə ilə bağlı əlavə təfərrüatlar hələ açıqlanmayıb.