BAKI, 13 may. TELEQRAF

ABŞ Silahlı Qüvvələri Hind okeanındakı B-2 bombardmançılarını başqa tipli bombardmançılarla əvəz edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ rəsmiləri “Reuters” agentliyinə bildiriblər.

ABŞ-nin Yəməndə bombardman kampaniyası və İranla gərginliyin artması fonunda Pentaqon mart ayında Hind okeanındakı Dieqo Qarsiya adasındakı Amerika-Britaniya hərbi bazasına altı ədəd B-2 yerləşdirib.

Rəsmilər B-2 bombardmançılarının B-52-lərlə əvəz olunduğunu deyirlər.

B-2-lərdən İranın Yəməndə dəstəklədiyi husi qruplaşmasına (“Ənsarallah”) qarşı istifadə olunmuşdu.