BAKI, 25 aprel. TELEQRAF
Fransa xarici işlər naziri Jan-Noel Barro Şimali İraqda PKK terror təşkilatının Suriya qanadı SDQ/YPG-nin lideri Fərhad Abdi Şahinlə (Mazum Kobani) ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İraq Kürd Muxtariyyətinin nümayəndələri ilə görüşmək üçün Ərbilə gedən Barro Fransanın İŞİD-lə mübarizədə SDQ-yə dəstəyini davam etdirəcəyini bildirib.
Diplomatiya adı altında təqdim edilən və gündəliyi “Suriyada sabitlik və dialoqun gücləndirilməsi” olaraq açıqlanan görüş “Türkiyəyə qarşı addım” kimi şərh edilib.