.jpg)
BAKI, 14 aprel. TELEQRAF
ABŞ-nin Yəmənin paytaxtı Sənaya hava hücumu zamanı 6 nəfər ölüb, 30 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Yəmənin “Ənsarallah” Hərəkatı (husilər) məlumat yayıb.
Hücum zamanı keramika fabrikinin dağıldığı bildirilib. Həmçinin husilər hücum zamanı ABŞ-nin bir MQ-9 PUA-sının vurulduğunu bəyan ediblər.
Yaxın Şərqdə Amerika hərbi əməliyyatlarına nəzarət edən ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) zərbələri etiraf etməyib. Amerika ordusu da vurulan hədəflərlə bağlı heç bir məlumat verməyib. Ağ Ev bundan əvvəl indiyədək Yəmənə 200-dən çox zərbə endirildiyini açıqlamışdı.