BAKI, 28 mart. TELEQRAF

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 7 fələstinli həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı xəbər yayıb.

Məlumata görə, martın 18-dən İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklav ərazisinə kütləvi zərbələr endirir.