
BAKI, 27 mart. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində "Hizbullah" təşkilatının Radvan komando bölməsinin komandiri öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə israil ordusunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah"ın Radvan batalyonunun komandiri Əhməd Adnan Baciqanı öldürüb. Öldürülən şəxs son aylarda İsrailin arxa cəbhəsinə qarşı terror hücumlarına rəhbərlik edib, İsrail və onun mülki əhalisi üçün təhlükə yaradıb. Ordu İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyət göstərməyə davam edəcək", - deyə məlumatda qeyd olunub.