BAKI, 27 mart. TELEQRAF

Fələstinin HƏMAS radikal hərəkatının mətbuat katibi Əbdül Lətif əl-Kanua İsrailin endirdiyi zərbə nəticəsində Qəzza zolağının şimalında öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı xəbər yayıb.

Məlumata görə, əl-Kanua Cəbəliyə şəhərində çadır düşərgəsinə hücum zamanı həlak olub.