BAKI, 23 mart. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin Əl-Xudeyda əyalətində “Ənsarallah” hərəkatının (husilər) tərəfindən istifadə olunan Salif limanına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Limana endirilən hava zərbəsi nəticəsində tələfat və maddi tələfat barədə məlumat yoxdur.

Telekanalın məlumatına görə, ABŞ Silahlı Qüvvələri Əl-Xudeyda əyalətinin eyniadlı inzibati mərkəzində yerləşən beynəlxalq hava limanına yenidən zərbələr endirib.