BAKI, 18 mart. TELEQRAF

ABŞ İranın Hərbi Dəniz Qüvvələrinə məxsus "Zaqros" hərbi gəmisini Qırmızı dənizdə vurub və nəticədə gəmi batıb.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əlhəds" telekanalı məlumat yayıb.

"Siqnal kəşfiyyatının (SIGINT) toplanması üzrə ixtisaslaşan bu gəmi İran Hərbi Dəniz Qüvvələrinin ən qabaqcıl kəşfiyyat gəmisidir və ilk kəşfiyyat gəmisi kimi dizayn edilib",- məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Ağ Ev İranın hərbi gəmilərinin Yəmənin husi üsyançılarına kəşfiyyat materiallarının ötürülməsini bildirib və buna görə də, İranın hərbi obyektlərinin ABŞ ordusu üçün hədəf olduğu barədə xəbərdarlıq edib.