
BAKI, 18 mart. TELEQRAF
ABŞ-nin İrana qarşı istənilən təcavüzünün ciddi nəticələri olacaq və buna görə Donald Tramp administrasiyası məsuliyyət daşıyacaq.
Teleqraf xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani deyib.
Diplomat bildirib ki, İran beynəlxalq hüquqa uyğun olaraq, öz suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını istənilən addıma qarşı qətiyyətlə müdafiə edəcək:
“İrana qarşı əsassız ittihamlar irəli sürən və İranı gücdən istifadə etməklə hədələyən ABŞ administrasiyasının yüksək rütbəli rəsmilərinin, o cümlədən prezidentin son döyüşkən bəyanatlarını birmənalı şəkildə pisləyirəm. Bu cür təxribatçı ritorika beynəlxalq hüququn fundamental prinsiplərinin və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Məsələlərin güc yolu ilə həlli təhlükəli presedent yaradır və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risklər daşıyır”.
İrəvani xəbərdarlıq edib ki, istənilən təcavüz aktı ciddi nəticələrə gətirib çıxaracaq və buna görə ABŞ bütün məsuliyyəti öz üzərinə götürəcək.