BAKI, 12 mart. TELEQRAF

ABŞ yeni nüvə sazişini İranın Yaxın Şərqdə bir sıra qruplara dəstək verməməsi tələbi ilə əlaqələndirmək istəyir, amma bu variant alınmayacaq.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Narahatlıq yaradan odur ki, amerikalıların yeni razılaşmanın İranın İraq, Livan, Suriya və ya başqa yerlərdəki qruplara dəstək vermədiyinə əmin olmaq üçün yoxlamalara tabe olmasını tələb edən siyasi şərtlər çərçivəsində olmasını istədiklərinə dair əlamətlər var. Bu variantın işləyəcəyini düşünmürəm”, - nazir bildirib.